Vilayət Eyvazov Qələndərovun oğlunu rəis TƏYİN ETDİ

Abşeron DYP-də baş inspektor işləyən Vüsal Qələndərov Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinə rəis təyin edilib.

Yenicag.az Axar.az-a istinadən bildirir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, Vüsal Qələndərov əvvəllər Nəsimi DYP-nin rəisi olmuş, keçən ay Bakı Beynəlxalq Avtovağzalının direktoru təyin edilən Qəhrəman Qələndərovun oğludur.