Vilayət Eyvazov Xətai DYP-yə rəis TƏYİN ETDİ

Xətai Rayon Dövlət Yol Polisi Şöbəsinə (DYP) rəis təyin edilib.

Yenicag.az-ın xəbərinə görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xətai DYP-yə rəis vəzifəsinə polis kapitanı Əvəz Məmmədzadə təyinat alıb./unikal.az/