Vilayət Eyvazovdan bu rayonun DYP rəisi ilə bağlı ƏMR

Daxili İşlər orqanlarında növbəti təyinat olub.

Yenicag.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi, polis kapitanı Seymur Quliyev vəzifəsindən azad olunaraq DİN-in Baş Tədqiqat və İstintaq idarəsində fəaliyyətə başlayıb.

Qeyd edək ki, Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsinə hələlik təyinat yoxdur./Unikal.org/