Vilayət Eyvazovdan daha iki TƏYİNAT

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni kadr dəyişikliyi edib.

Yenicag.az xəbər verir ki, nazirin yeni əmrinə əsasən, polis kapitanı Samir Məmmədov Zaqatala Rayon Polis Şöbəsinə rəis müavini təyin olunub. Samir Məmmədov bundan əvvəl Nəsimi Rayon Polis İdarəsində işləyib.

Vilayət Eyvazov polkovnik-leytenant Musayev Fikrət Kamal oğlunun Samux Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilməsi barədə əmr imzalayıb.

F.Musayev bu vəzifəyə qədər Daşkəsən RPŞ-də xidmət üzrə müavin işləyib.

COP29