Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Yenicag.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Ucar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovniki Anar Əkbərov vəzifəsindən azad olunaraq, Göygöl Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olub.
Hələlik Ucar Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat yoxdur./Unikal.org/