Vilayət Eyvazovdan TƏYİNATLAR/YENİLƏNDİ

Daxili işlər orqanlarında yeni təyinat olub.

Nazir Vilayət Eyvazovun əmri ilə DİN-in Baş Mühafizə İdarəsinin Qaradağ Mühafizə Şöbəsinə idarə səlahiyyəti verilib.

Nazirin digər əmri ilə həmin idarənin rəisi vəzifəsinə polis polkovniki Raul Usubov təyin edilib.

Sabiq Daxili işlər naziri Ramil Usubovun oğlu Raul Usubov bu təyinata qədər DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəis müavini vəzifəsində çalışıb./Bakupost.az/

***

Daxili işlər orqanlarında yeni təyinat olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.