Vilayət Eyvazovdan yeni rəis TƏYİNATI

Bərdə Rayon Polis Şöbəsinə yeni bölmə rəisi təyin edilib.

Yenicag.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Rauf Heydərov Bərdə Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsinə rəis təyin olunub.

R.Heydərov bu vəzifəyə qədər Lənkəran Rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsində əməliyyat müvəkkili işləyib./Oxu.az/