Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.
Yenicag.az xəbər verir ki, bununla bağlı Nazir Vilayət Eyvazov əmr imzalayıb.
Belə ki, polis polkovnik-leytenantı Ramiz Novruzov Səbail rayon Polis İdarəsinin Cinayət axtarış şöbəsinin rəisi vəzifəsindən azad olunaraq Gəncə şəhər Nizami rayon Polis İdarəsinin rəis müavini təyin olunub.
Qeyd edək ki Nizami RPİ-nin əvvəlki rəis müavini Nəvai Qasımov bir müddət əvvəl Kəpəz rayon Polis İdarəsinə rəis təyin olunub./Oxu.az/