Vilayət Eyvazovdan yeni TƏYİNAT

Anar Tofiq oğlu İmamquliyev Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Yenicag.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Anar İmamquliyev buna qədər Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin Təhqiqat Bölməsinin rəisi vəzifəsində çalışıb.

Məlumatı DİN mətbuat xidməti təsdiqləyib.