Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Yenicag.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmrinə əsasən, polis mayoru Əli Əlizadə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci
Polis Şöbəsinin tədqiqatçısı vəzifəsindən azad olunaraq Hava Nəqliyyatında Polis İdarəsinin Gəncə Hava Limanında Xətt Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.