Masallıda 2 nəfər Viləşçayda çimərkən batıb.
Yenicag.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Masallı rayonu, Viləşçay çayında çimərkən batmış 2002-ci il təvəllüdlü Abbasov Şəmsəddin Qəhraman oğlunun cəsədi FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri, digər vətəndaşın cəsədi sakinlər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 14:52-də başa çatıb.
***
Masallıda 2 nəfər Viləşçayda çimərkən batıb.
Yenicag.Az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Viləşçay çayının Masallı rayonu ərazisindən keçən hissəsində 2 nəfərin batması barədə məlumat daxil olub.
Dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşın axtarışlarına başlayıblar.
Yenicag.Az