Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi təxirə salındı

Ali Məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin məhkəmə iclası qeyri-müəyyən vaxta təxirə salınıb.

Yenicag.az xəbər verir ki, prosesə hakim Şahin Yusifovun sədrliyi ilə V.Hacıyevin cinayət işi üzrə əmlaklarının müsadirə olunması qərarından ailə üzvlərinin verdiyi kassasiya şikayəti əsasında baxılmalı idi.

Xatırladaq ki, sabiq icra başçısı 2022-ci ilin iyul ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətə azadlıqdan məhrum edilib. Həmçinin onun cinayət işi üzrə əmlakları da müsadirə olunmuşdu.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirib. Daha sonra o, həbs edilib.

V.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub./report

COP29