Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Banner

VİP-də seçki tərəddüdləri: partiyada ciddi fikirayrılığı yaranıb

Reklam: High Technic

Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib.

Partiyadan Yenicag.az-a daxil olan məlumata görə, iclasda VİP-in bu il aprelin 11-nə təyin edilmiş növbədənkənar prezident seçkilərində iştirak məsələsi müzakirə olunub.

Məlumata görə, müzakirələrin əvvəlində VİP-in 2017-ci il mayın 28-də keçirilmiş IV Qurultayında partiya sədri Əli Əliyevin prezidentliyə namizədliyinin elan olunduğu bildirilərək, 11 aprel seçkilərində iştirak etmək və ya etməmək haqqında qərar vermək səlahiyyətinin Məclisə aid olduğu diqqətə çatdırılıb.

Çıxış edən Məclis üzvlərinin bir qismi Əli Əliyevin namizədliyinin artıq elan olunduğunu və bununla bağlı cəmiyyətə qəti mesajlar verildiyini əsas götürərək, 11 aprel seçkilərinə qatılmağın zəruriliyini vurğulayıblar.

Bununla belə, Məclisin bir sıra üzvləri ölkədə normal siyasi fəaliyyət imkanlarının məhdudlaşdırıldığını, seçki mühitinin olmadığını və müxalifət düşərgəsinin mühüm hissəsinin 11 aprel seçkilərinə qatılmadığını önə çəkərək, boykot qərarının verilməsinə çağırıblar. İclasda seçkidə iştirak və boykot tərəfdarlarına öz mövqelərini daha dərindən əsaslandırmaq üçün əlavə çıxışlara şərait yaradılsa da, 11 aprel seçkilərinə münasibətdə konsensus əldə edilməsi mümkün olmayıb.

Tərəflərin öz mövqelərində qəti dayandıqlarını və VİP sədri Əli Əliyevin hazırda ölkə xaricində olduğunu nəzərə alan Məclis üzvləri iclasın fevralın 18-də davam etdirilməsini məqbul sayıblar.

Araz Zeynalov

www.yenicag.az

1840
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM