Vətəndaş və İnkişaf Partiyası (VİP) təsisçilərindən biri olduğu Azərbaycan Xalq Hərəkatını (AXH) tərk edib.
Yenicag.az xəbər verir ki, bu barədə qərar VİP Siyasi Şurasının ötən gün keçirilmiş iclasında qəbul edilib.
Məlumata görə, VİP-in AXH-də iştirakına xitam verməsinin konkret səbəbi göstərilməyib. Bu addımın “müəyyən amillər”lə şərtləndiyi vurğulanıb.