Sosial şəbəkələrdə və müxtəlif internet resurslarında təhqirə yol verənlər üçün konkret hüquqi məsuliyyət müəyyən edilib.
Hüquqşünas Vəfa Qədirova Yenicag.az-a açıqlamasında istifadəçilərin sosial şəbəkələrdə, eləcə də digər virtual platformalarda tahqiramiz davranışlarının qanunla cəzalandırıldığını bildirib.
O, qeyd olunan məsələ ilə bağlı Cinayət Məcəlləsində nəzərdə tutulan cəzaları diqqətə çatdırıb:
“Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet, informasiya resurslarında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma – 1000 manatdan 1500 manatadək cərimə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ya da 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cazalandırılır.
Həmçinin internet informasiya resurslarında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə üçün 1000 manatdan 2000 manatadək cərimə ya da 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cazası nəzərdə tutulur”.
Nuray Məmmədzadə