Reklam: Sinerji

RAMAZAN: XƏBƏRLƏR, MƏQALƏLƏR VƏ MƏSLƏHƏTLƏR

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Virusu dua ilə müalicə etmək mümkün deyil” – İlahiyyatçıdan mərasim qadağasına REAKSİYA

“Namazını məsciddə qılan insanların mövcud şəraitdə ibadətlə evdə məşğul olmaları məqsədəuyğundur”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) koronavirus pandemiyası ilə əlaqədar “Təzə Pir” və “Heydər” məscidlərində yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoymasına münasibət bildirən ilahiyyatçı Elşən Sultanzadə deyib.

İlahiyyatçının fikrincə, insanlar Allah-Təala tərəfindən onlara verilən ağıl sayəsində üzləşdikləri təhlükələrdən qorunmağa çalışmalı və koronavirus əleyhinə görülən bütün profilaktik tədbirlərə ciddi yanaşmalıdırlar:

“Əslində, karantin dini deyil, tibbi məsələdir. Məhəmməd Peyğəmbər (s.ə.s) öz səhabələrinə buyurub ki, xəstəlik olan əraziyə nə yaxınlaşın, nə də oradan gələnləri qəbul edin.

Bu, İslamda ilk karantinin başlanğıcı qəbul edilib. Ona görə də hər hansısa xəstəlik varsa, onu mütləq tibbi yolla müalicə etmək lazımdır.

Bədəndə olan virusu dua və ya namazla müalicə etmək mümkün deyil. O baxımdan, qabaqlayıcı tədbir kimi məscidlərdə yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulması düzgün addımdır”.

Gülşən Şərif

www.yenicag.az

1015
www.onlinepress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100