!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Viski də içirdim, namaz da qılırdım" - Turqut Özalın xanımı

!Reklam – Yazi

Türkiyənin 8-ci prezidenti Turqut Özalın xanımı Semra Özal yerli mətbuata müsahibə verib.

Yenicag.az xəbər verir ki, 83 yaşlı sabiq “First Lady” müsahibəsində maraqlı məqamlara toxunub:

– 83 ili geridə qoydunuz. Arxaya dönüb baxarkən nələr hiss edirsiniz?

– Allaha şükür edirəm. Mənə çox gözəl günlər yaşatdı. Çox gözəl təcrübələrlə sınandım. Sağlamlıq və rahatlıq, gerisi təfərrüatdır…

– “First Lady” olduğunuz günlər üçün darıxmırsız?

– Heç darıxmıram. Yaşadım və doydum. Ən gözəl şeyləri yaşadım. Bütün istəklərim reallaşdı.

– Özünüzü hələ də “First Lady” kimi hiss edirsinizmi?

– O ayrı bir hissdir. Onu bu gün təkrar hiss etməyə imkan yoxdur. Yaşandı və bitdi. Yenə sağ olsun ətrafımda olan insanlar, bu duyğunu mənə yaşadırlar. Artıq evimin, övladlarımın birinci xanımıyam.

– Viski içirdiniz, deyib-gülürdüz, rəqs edirdiz, hətta bəzən mahnı da oxuyurdunuz. Hətta Türkiyədə ilk siqar çəkən qadın olmusuz. Halbuki Turqul Özal mühafizəkar biri idi. Buna görə məhəllədə təzyiqlə üzləşmirdiz?

– Təbii ki, təzyiqlər olurdu. Amma mən hər şeyi qədərində edirdim. “Quran” da oxuyurdum, əyləncəyə də gedirdim. “Quran”ı ərəbcə oxuyurdum, 5 vaxt namazımı qılırdım. Amma dəvət edilən qonaqlığa gedib viski də içirdim. Hamısının öz yeri var. Artıq sağlamlıq naminə siqarı azaltdığımı deyə bilərəm. Spirtli içkini də demək olar ki, içmirəm. Onsuz da dərmanlarım var. Bir sözlə, içkiyə düşkün biri deyiləm.

Davranışınız, duruşunuz bizə tanıtılan Turqut Özalla heç də uyuşmur. Bu mənada problemlər yaşadınızmı?

– Turqut bəy əsla elə biri deyildi. Problem də yaşamadıq. O, çox müasir biri idi.

– “First Lady”lik dönəmi başa çatandan sonra ətrafınızdakı dostların sayı azaldımı?

– Əksinə çoxaldı və həqiqətən səmimi olanlar qaldı. Təbii ki, hamıdan eyni vəfanı gözləmək doğru deyil. Onsuz da belə bir gözləntim də olmayıb.

– Maddi durumunuz necədir?

– Allaha şükür, heç bir problemimiz yoxdur.

– Özal ailəsi zəngindir?

– Dedim axı, heç bir sıxıntımız yoxdur.

– Turqut bəyi itirdiyiniz günü düşünəndə nələr hiss edirsiniz?

– Böyük bir acı, böyük bir boşluq… Özümdən asılı olmadı, heç bir tələb olmadan prezident iqamətgahından ayrıldım. Orda qala bilmədim. İstanbula qayıtdım. Çünki hər şeyi onunla birgə etməyə öyrəşmişdim. Tək başına isə çox çətin idi.

– Onu düşünərkən ağlınıza ilk olaraq nə gəlir?

– Darıxmaq… (ağlayır). O, ideal bir ər idi.

– Necə tanış olmuşdunuz? Bunu sizin dilinizdən eşitmək istəyirəm. Çünki yazılanlara görə, “istənilməyən gəlin” olmusunuz….

– Eyni qurumda çalışarkən mənə aşiq olub müxtəlif bəhanələrlə yanıma gəlməyə başladı. Tanış olduq və ilk fürsətdə mənə evlənmə təklif etdi. Mən çox kiçik idim, onunla böyüdüm. Qalan hər şey yalandır.

– Zamanı geri qaytarsaq və təkrar “First Lady” olsanız, həyatınızda nələri təkrarlayardınız?

– Əminəm ki, yenə eyni Semra olardım. Geriyə dönməyi heç sevmirəm. Amma indi bunu istəyərəm. Çünki geriyə dönsək, Turqut bəy həyatımda olardı. Bu da ayrı bir xəyaldır…

– Ən unudulmaz anınız?

– Tanışlığımız… Eyni dövlət qurumunda çalışarkən mənimlə danışa bilmək üçün qəsdən çap maşınımı xarab edirdi. Xarab olanda da, özü gəlib düzəldirdi. Həmin vaxt da söhbət edərdik. Mən bunu sonradan öyrəndim. Çox əyləncəli ər idi.

– Ərinizin siyasi qərarlarına müdaxilə etdiyiniz deyilirdi…

– “Turqut mənim də fikirlərimə hörmət edərdi” desək, daha düzgün olar.

– Turgut Özal öldü, yoxsa öldürüldü? Bu suala real cavab tapmısız?

– Burada önəmli olan cəmiyyətin şübhəsidir. Aparılan araşdırmalardan sonra bu şübhəyə cavab tapılacaq.

– Sizcə, Turqut Özalın Türkiyəyə etdiyi ən böyük yaxşılıq hansıdır?

– Mənə görə, ölkəyə həqiqi mənada dünyəviliyi Turqut gətirdi.

– “Başqanlıq rəhmətlik ərimin çox istədiyi bir şey idi” cümləsi sizə aiddir?

– Bəli. Turqut Özal başqanlıq sisteminin Türkiyəyə daha uyğun olduğunu düşünürdü.

– Ərdoğan ailəsi ilə münasibətləriniz necədir?

– Hörmətli prezidentimiz və xanımı Əminə Ərdoğan sağ olsun, xüsusən də əməliyyatdan sonra məni tək buraxmadılar. Onların vəfasını heç vaxt unutmaram. O, təxmin edə bilməyəcəyim qədər duyğusal liderdir.

Hazırladı: Emin Səfərov

www.yenicag.az

3923
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv