Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko istefa verib.
Yenicag.az xəbər verir ki, bu barədə qurumun rəsmi “Twitter” hesabı vasitəsiylə məlumat yayılıb.
2017-ci ilin dekabrından öz fəaliyyətini donduran Mutkonun yerinə əsas namizədlər “Zenit”in direktorlar şurasının sədri Aleksandr Dyukov və “Rusiya 2018” təşkilat komitəsinin baş direktoru Aleksey Sorokindir.
Qeyd edək ki, yeni seçkilər 2019-cu il fevralın 22-də keçiriləcək.