Viza gərginliyi böyüyür: ABŞ rəsmisi XİN-ə çağırıldı

ABŞ-ın Ankaradakı səfirliyinin rəsmisi Filip Kosnett Türkiyə XİN-ə çağırılıb.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, ABŞ-ın Türkiyə vətəndaşlarına viza verilməsini dayandırması diplomatik gərginliyə səbəb olub. Nazirliyə çağırılan Filip Kosnettə qərarın tezliklə ləğv olunması ilə bağlı müraciət edilib.

Bundan əlavə, Türkiyə XİN-nin səlahiyyətli nümayəndəsi Ümit Yalçın da dünən axşam səfir Bassa zəng edərək, məsələ ilə bağlı izahat istəyib.

COP29