“VKontakte”nin işində problem yarandı

Rusiyada “VKontakte” sosial şəbəkəsinin işində qüsurlar yaranıb.

Yenicag.az-ın məlumatına görə, şəbəkənin işi ilə bağlı 2 500-ə yaxın şikayət daxil olub.

Qeyd olunur ki, istifadəçilərin 41 faizi mobil tətbiqin işindən, 39 faizi veb-saytın işindən şikayət ediblər. Daha 20 faiz istifadəçi isə serverə qoşulmaqda çətinlik çəkdiklərini bildiriblər.

 

Oktyabrın 10-da da Rusiyada “VKontakte” və “Telegram”ın işində qüsurlar qeydə alınmışdı.