Vladimir Jirinovski: “Azərbaycan Rusiyanın tərkibinə daxil olmalıdır”

Vladimir Jirinivski Dağlıq Qarabağ münaqişəsi üzrə yeni bəyanatla çıxış edib.

Yenicag.az haqqın.az-a istinadən xəbər verir ki, o, Azərbaycan və Ermənistanın Rusiyanın tərkibinə daxil edilməsini təklif edib:

“Burada xarici arbitr lazımdır. Bu isə yalnız Moskva ola bilər. Belə ki, onlar hamısı rus dilində danışır. Anoloji problem, münaqişə Dnestryanı, Abxaziya və Cənubi Asetiyada da var. Budur, 4 yer, hansılarda ki, imperiya və ya SSRİ-nin tərkibində olarkən problem yox idi. Lakin, ayrılan kimi problemlər başladı. Biz əminik ki, SSRİ sərhədləri könüllülük əsasında, referendum yolu ilə bərpa olunmalıdır. Bütün keçmiş respublikalar Rusiyanın tərkibinə daxil edilməlidir. Bu zaman sülh təmin olunacaq, bütün daxili və yaxud da yerli münaqişələr öz həllini tapacaq, nəhəng ölkənin bütün xalqları sabahından qorxmadan, sakit şəraitdə yaşaya biləcəklər”.

Xatırladaq ki, ötən gün Jirinovski “Dəyişən dünyada inteqrasiya prosesləri” mövzusunda müzakirə panelində çıxış edərkən bildirib ki, Azərbaycanda Qarabağ problemi hələ uzun illər qalacaq:

“Azərbaycan və Ermənistan barədə danışanda başa düşməliyik ki, onların elə əraziləri var ki, burada heç nəyi həll etmək mümkün deyil. Mən Azərbaycanı salamlayıram. Lakin, onlarda problem uzun illər qalacaq”.

“Moskva-Baku”ya müsahibəsində o, həmçinin Azərbaycanı müstəqillik günü münasibəti ilə təbrik edib:

“26 ildə dövlət çox şeyə nail ola bildi. Azərbaycan Qafqazda iqtisadi cəhətdən ən yaxşı inkişaf etmiş ölkələrdən birinə çevrildi. Ölkənin hakimiyyəti həm Rusiya, həm də Türkiyə ilə gözəl əlaqələr saxlaya bilir”.

Jirinovski təbrikində Azərbaycanın özünü və maraqlarını müdafiə edə bilən müasir ölkə olduğunu, mədəniyyətini və əcdadlarının adət-ənənələrini qoruyan, eyni zamanda yeniliklərə açıq olan dövlət olduğunu vurğulayıb.

COP29