Vladimir Putin Bəşər Əsədlə görüşdü – Soçidə

Rusiya prezidenti Vladimir Putin Soçidə suriyalı həmkarı Bəşər Əsədlə görüşüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib:

“Bu gün Soçidə Rusiya prezidenti Putinin Suriya Ərəb Respublikasının rəhbəri Bəşər Əsədlə danışıqları baş tutub. Əsəd Soçiyə işgüzar səfərə gəlib.