!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Voleybol klubu dağılır - Pul yoxdur

!Reklam – Yazi

Azərbaycanda daha bir idman klubu fəaliyyətini dayandıra bilər. İddialara görə, “Telekom” voleybol klubu dağıla bilər.

Yeniçağ.az-ın əldə etdiyi məlumata görə, klub hazırda maliyyə problemi yaşayır. Sponsoru olmayan klub bundan sonrakı fəaliyyətini federasiyanın kiçik yardımı hesabına davam etdirmək istəmir. Hazırda klubun bəzi xanım voleybolçulara borcu da qalıb. 

Klubun borclu olduğu qadın voleybolçulardan biri də Monteneqro millisinin üzvü Kseniya İvanoviçdir. O bu yaxınlarda “Telekom”un əldə etdiyi ölkə çempionluğundan sonra ayrılmaq qərarına gəldiyini açıqlayıb. Məlumatda bildirilir ki, voleybol klubunun İvanoviçə 100 mindən çox borcu olub. Buna görə də müqaviləni artırmaq istəməyib.
Kluba yaxın mənbədən əldə etdiyimiz digər məlumata görə, İvanoviç klubdan ayrılsa da borcunun ödənməsini tələb edib. Əks halda məhkəməyə üz tuta bilər. Klubun borcu bununla bitmir; daha 4-5 idmançı var ki, onlar da bir neçə aydır ki, klubdan maaşlarını ala bilmirlər.

Qeyd edək ki, Bolqarıstan milli komandasının voleybolçusu Mariya Filipova da klubdan ayrılacağını açıqlamışdı. Hətta o, “Telekom” klubunun taleyinin sual altında olduğunu göstərib.

Aygün İlqarqızı

Yeniçağ.az

www.yenicag.az

762
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv