Voleybolçu qızlarımız AÇ-yə möhtəşəm qələbə ilə başladılar

Bu gün qadın voleybolçular arasında Avropa çempionatına start verilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan və Gürcüstanda təşkil olunan qitənin ən mötəbər yarışında yığmamız oyunlarını Bakıda keçirir. A qrupunda yer alan Faiq Qarayevin yetirmələri ilk turda Macarıstan millisini sınağa çəkib. Görüşdə favorit hesab olunan voleybolçularımız ümidləri doğrulda biliblər. Komandamız Milli Gimnastika Arenasında baş tutan görüşdə 3:0 hesablı qələbəyə sevinib.

Bu oyunu Azərbaycan prezidenti İlham Əliyev də canlı olaraq izləyib.

Qeyd edək ki, qrupumuzun digər görüşündə Polşa Almaniya ilə üz-üzə gələcək.

AÇ-2017
A qrupu
22 sentyabr

Macarıstan – Azərbaycan – 0:3 (23:25, 14:25, 16:25)