“Volkovun ərazidən qaçmasına dair yayılan məlumatlar sadəcə şayiədir”.
Ermənilərin “Reartsakh” teleqram kanalında yayılan Volkovun Xankəndindən Şuşanın Böyük Qaladərəsi kəndi yaxınlığına çıxan gizli tunellə aradan çıxıb, Putin onu vəzifəsindən azad edib məlumatının nə qədər real olduğuna dair fikirlərini hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-la bölüşüb.
O, bildirib ki, belə məlumatlar həqiqəti əks etdirmir:
“Dövlət əhəmiyyətli vəzifəni yerinə yetirən şəxsin vəzifədən azad olunmasını Rusiya rəhbərliyinin gizli saxlaması məqsədəuyğun deyil. Volkovun ərazidən qaçmasına dair yayılan məlumatlar sadəcə şayiədir. Azərbaycanın suallarına cavab tapa bilmədiyi üçün ortaya çıxmır. Böyük ehtimalla səbəb budur. Çünki sülhməramlı kontingent indiyə qədər çox səhv edib. 10 noyabr bəyanatının müddəalarının pozulması faktlarına görə cavab verməyin vaxtı gəlib. Ona görə Volkovun üzə çıxmağa üzü yoxdur”.
Nəsimi Ələsgərli