Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyətləri ilə bağlı monitorinq keçirmək üçün gedən ekofəalların və QHT nümayəndələrinin Şuşa-Xankəndi yolunda etiraz aksiyası davam edir.
Yenicag.az Globalinfo.az-a istinadən xəbər verir ki, aksiya iştirakçıları Andrey Volkova Azərbaycan ərazisini tərk etməsi üçün 24 saat vaxt verilməsini təklif edib.
Qeyd edək ki, Xankəndi-Ermənistan yolu artıq 13 saata yaxındır nəqliyyatın hərəkəti üçün qapalıdır.