“Volkswagen Group Rus” şirkəti Rusiyada 1 174 “Volkswagen” avtomobili geri çağırıb.
Yenicag.az-ın məlumatına görə, qərar arxa cərgədəki sərnişin oturacaqlarının təhlükəsizlik kəmərlərində kilidlərin mümkün qüsuru ilə əlaqədardır.
Məlumatda qeyd olunur ki, geri çağırılma 2018-ci illərdə Rusiyada satılmış “Teramont” modellərinə şamil olunur.
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək./Trend/