“Volkswagen Group Rus” şirkəti Rusiyada 133 minə yaxın “Volkswagen” və “Skoda” markalı avtomobili geri çağırıb.
Yenicag.az-ın məlumatına görə, geri çağırılma 2016-2018-ci illərdə Rusiyada satılmış “Volkswagen Polo Sedan” və “Skoda Rapid” modellərinə şamil olunur.
Həmçinin o da qeyd edilir ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək.
Geri çağırılmaya səbəb buksir elementinin qüsurlu qaynaq olunması ilə əlaqədar olduğu bildirilib