Volodin: “Rusiyanın cavabı ağır olacaq“

“Ukrayna tərəfindən terror aktlarının davam edəcəyi təqdirdə Rusiya daha ağır cavab verəcək”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin öz “Telegram” kanalında yazıb.

O əlavə edib ki, dünyanın heç bir yerində terrorçularla danışıqlar aparılmır: “Kiyev rejiminə qarşı cavabımız əvvəlkindən də ağır olacaq.

Volodin qeyd edib ki, baş vermiş terror aktlarının bütün təşkilatçıları və iştirakçıları tapılmalıdır, müqavimət göstərənlər isə məhv edilməlidir./Yenisabah.az/