“Vor zakon” “Rufo Gəncinski”dən XƏBƏR VAR – Ülfət Tağıyev qayıtdı, Moskva qanqsterlərinə başçılıq edir

“Rufo Gəncinski” ləqəbli azərbaycanlı “vor zakon” Ülfət Tağıyev Moskvada məskunlaşıb və Rusiya paytaxtındakı kriminal aləmə başçılıq etməyə başlayıb.

Yenicag.az xəbər verir ki, bu haqda “Prime Crime” kriminal aləmdəki mənbələrinə istinadən bildirir.

“Rufo Gəncinski” bu yaxınlarda 8 illik həbs müddətini başa vurub, daha sonra onu Voloqda şəhərində qeyri-leqal miqrantların müvəqqəti saxlanılma mərkəzinə yerləşdiriblər. Amma Tağıyev deportasiyadan yayına bilib və Moskvaya yollanıb. Bildirilir ki, “Rufo” əsasən azərbaycanlılar diasporunun etimadına və dəstəyinə arxalanır, amma onun nüfuzlu düşmənləri var.

“Rufo Gəncinski” “Albert Piterski” kimi tanınan digər azərbaycanlı “vor zakon” Əli Heydərovun yerini tutub. Ə.Heydərov bu ilin aprelində Sankt-Peterburqda fitnes-zalda qətlə yetirilmişdi. Həm “Rufo”, həm “Albert Piterski” hazırda sağ olmayan məşhur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin qruplaşmasına daxil idi. Ü.Tağıyevi “Rövşən Lənkəranski”nin killerlər briqadasının rəhbəri hesab edirdilər. Hansı ki, Lənkəranskinin qruplaşması uzun illərdir “Ded Xasan” (hazırda sağ deyil” ləqəbli Aslan Usoyanın bandası ilə düşmənçilik edir.

Bildirilir ki, Moskvaya qayıdandan sonra Tağıyev özəl klinikalardan birində reablitasiya kursu keçib, daha sonra onu Moskva küçələrindən birində 5 maşından ibarət kortejin müşaiyəti ilə gedən görüblər. Güc strukturlarında narahatdırlar ki, “Rufo”nun Moskvaya qayıtması cinayətkarlığın artmasına, kriminal qruplar arasında yeni toqquşmalara gətirib çıxara bilər.

Sayt onu da yazır ki, 2020-ci ildə Antalyada güllələnən “Lotu Quli”nin qardaşı “Namiq Bakinski”nin bəzi tərəfdarları, “Rövşən Lənkəranski”nin böyük qardaşı və onun Zaur adlı qohumu “Rufo”ya qarşı kökləniblər. Bununla belə “Rufo”nun hüquq-mühafizə orqanlarında “krışa”ya malik ola biləcəyi də təxmin edilir.