!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vorzakon” xəbərləri cəmiyyəti hansı bəlaya sürükləyir? – Şərhlər

!Reklam – Yazi

PEI2a9333_vor_v_zakoneƏflatun Amaşov: “KİV-lər daha çox cəmiyyəti irəli apara biləcək məsələlərə toxunmalıdır”

Nizami Cəfərov: “Kriminal xəbərlərə önəm verilməsi cəmiyyətimizin gələcəyi üçün böyük təhlikələr yaradır”

Cəmiyyətdə hələ də kriminal xəbərlərə daha çox önəm verilir. Uzağa getməyək, ölkədə həyati vacib mühüm məsələlər dura-dura qanuni oğru kimi tanınan Rövşən Lənkəranskinin öldürülməsi hadisəsi hələ də cəmiyyətin belə demək mümkündürsə müzakirəyə çıxardığı əsas xəbərlər sırasında yer alır. Halbuki kriminal xəbərlərə dasha çox önəm verilməsi cinayətkarlığın artmasına rəvac verən amillərdəndir. Görəsən, qanuni oğru aləminin təbliğatı bizi hara aparır? Problemin həlli yolu nədədir?

Aflatun_Amashov_021009_4gMilli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov Yenicag.az-a açıqlamasında bildirdi ki, cəmiyyətin inkişafına xidmət edən məsələlərə geniş yer vermək, bu istiqamətdə maarifləndirmə işini gücləndirməklə kriminal xarakterli xəbərlərin daha az diqqət mərkəzində olmasına nail ola bilərik: “Cəmiyyətdə ümumiyyətlə kriminal və məişət zəminində olan cinayət xəbərlərinə daha çox fikir verilir. İnsanlar ciddi xəbərlərə deyil, həmin bu tip xəbərləri oxumağa, bu barədə müzakirələr açmağa daha çox maraq göstərir. KİV-lər də bu fonda bazarın istəyini bildiyindən, məhz əsasən kriminal xəbərləri yaymağa daha çox üstünlük verirlər. Çünki belə xəbərlər çox olanda onların saytlarına giriş, qəzetlərinin oxucuları da daha çox olur. Dünyada ümumiyyətlə vəziyyət belədir. Vaxtilə Rusiyada “SPİD-info” qəzeti çıxırdı, hansı ki, burada məişət xarakterli xəbərlərə daha çox önəm verilirdi, ona görə də tirajı 2 milyona yaxın olmuşdu. Ancaq ictimai-siyasi hadisələrə önəm ayıran “Nezavisimaya” qəzetinin tirajı 25-30 min olurdu. Ümumiyyətlə, belə götürəndə görürük ki, kriminal xəbərlərə üstünlük verənlər  əsasən bulvar mətbuatıdır. Ancaq KİV-in başlıca amilindən biri insanları maarifləndirmək və məlumatlandırmaqdır. Ona görə də KİV-lər daha çox cəmiyyəti irəli apara biləcək məsələlərə toxunmalıdır. Belə bir nəzəriyyə var, “bolluq nəzəriyyəsi”. Dünyada, cəmiyyətimizdə də hər an çoxsaylı hadisələr baş verir. Bu bolluq içərisində də cəmiyyətə xidmət edən, ölkənin ictimai-siyasi həyatında daha çox rol oynayan məlumatları vermək daha yaxşı olardı. Ola bilsin belə xəbərlərin oxucuları, kriminal xəbərlərə maraq göstərənlərlə müqayisədə az olsun. Buna baxmayaraq cəmiyyətə xidmət edən məlumatlara xüsusilə önəm vermək vacibdir. Bəzi ölkələrdə bu problemi həll etməyə çalışırlar. Məsələn, Avropada ictimaiyönlü mətbuat vasitələri yaradırlar. Bu mətbu orqanlar reklamdan az yararlanırlar. Ona görə də yaranmış vəziyyəti həmin mətbu orqanlara münasibətdə dövlət kompensasiya edir ki, cəmiyyət üçün vacib olan məlumatlar da geniş oxucu kütləsinə çatdırılsın. Eyni zamanda vəziyyətin dəyişməsi cəmiyyətin özündən də asılıdır. Vaxtilə “Əkinçi” qəzeti ancaq məişət xəbərlərinə üstünlük versəydi, o bu qədər populyarlıq qazana bilməz, ümumiyyətlə yaddaşlarda qalmazdı. Ancaq “Əkinçi” qəzeti xalqı irəli aparacaq məlumatlara geniş yer verməklə maarifçiliyin yaranması, inkişafı, millətin formalaşmasında, xalqımızın inkişafında böyük rol oynadı”.nizami-cef_ero_v_(1)

Millət vəkili Nizami Cəfərov isə qeyd etdi ki, kriminal xəbərlərə diqqətin çox olması cəmiyyətin xoşbəxt gələcəyinə ciddi təhlükədir: “Cəmiyyətin kriminal xəbərlərə üstünlük verməsi çox mürəkkəb problemdir, amma bu həm də bir reallıqdır. Belə bir məşhur söz var. Hüququ Romalılar müəyyənləşdirib.  Amma həmin Roma hüququnda da lətifəfason bir məqam var. Bildirilir ki, hüquq norma və orqanları yaranmaqla bir yerdə eyni zamanda onların müdafiəsinə ehtiyac yaranıb. Yəni bir tərəfdən cəmiyyət bilir ki, cəmiyyətdə birgəyaşayış normaları lazımdır. Həm də bu birgəyaşayış normalarının müdafiəsi lazımdır. Demək cəmiyyətin özünün təbiətində o normaları pozmaq var. Bunun da psixoloji, həm də insan təbiatilə bağlı tərəfləri var. Son zamanlar ədəbiyyatda da kriminalistikaya maraq artıb. “Qara Volqa” kitabı çıxanda çox maraq doğurmuşdu, nəinki yüksək bədii səviyyədə yazılan digər əsər. İndi cəmiyyət kriminalistika ilə bağlı təhlillərdən də daha çox kriminal məlumatlara maraq göstərir. Hətta böyük bir şəxsiyyət ortaya çıxanda da cəmiyyətdə onun həyatında hansı kriminal məqamların olduğuna maraq daha çox olur. Hazırda ABŞ-da prezident seçkiləri gedir. Bu fonda namizədlərin müsbət keyfiyyətləri cəmiyyətdə o qədər də maraq kəsb etmir, əksinə onların həyatlarındakı hansısa kriminal məqamlar maraq doğurur. Kriminal xəbərlərin cəmiyyətdə geniş yer almasının aradan qaldırılması iddiası ilə çıxış etsək də görürük ki, onu tamamilə aradan qaldırmaq mümkünsüzdür. Ancaq məhdudlaşdırmaq olar. Kriminal xəbərlərə üstünlük verilməsi düşünürəm ki, insanın xarakterindən, genindən  irəli gəlir, onun təbiətinə xas olan bir məsələdir.

Bu hal isə cəmiyyətimiz, onun gələcəyi üçün böyük təhlikələr yaradır. Dəfələrlə məsələ qaldırılıb ki, kriminal filmlərə televiziyalarda geniş yer verilməsin, çünki gənclik dərhal ona dərk etmədən reaksiya verir. Onlara görə yaxşı yaşamağın ən yaxşı yolu təbii ki, aqressiv olmaqdır. Mülayim və indiki təbirlə demokratik olacaqsan sənin hüquqların pozulacaq”.

ELÇİN/YENİCAG.AZ

www.yenicag.az

1086
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv