Vuçiç Azərbaycana təşəkkür etdi

Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycana təşəkkür edib.

Yenicag.az xəbər verir ki, dövlət başçısı təşəkkürünü noyabrın 7-də Belqradda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdə çatdırıb.

A.Vuçiç ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini bildirib və Azərbaycanın da Serbiyanın ərazi bütövlüyünə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.