Vulkan püskürməsi kəndləri məhv etdi – Ölənlər var

İndoneziyanın Sumatra adasındakı Marapi vulkanının püskürməsi nəticəsində ölənlərin sayı sürətlə artır.

Yenicag.az xəbər verir ki, həftə sonu Sumatra adasındakı Marapi vulkanının püskürməsi ilə kəndlər lava altında qalıb və bir çox yaşayış məntəqəsini kül və sel suları basıb.

Bildirilib ki, vulkanın püskürməsi nəticəsində yığılan qaya qalası, kül və torpaq musson yağışlarının təsiri ilə yerindən oynayıb və çaylar daşıb.

Qərbi Sumatra əyalətində daşqın və torpaq sürüşməsi nəticəsində həyatını itirənlərin sayı 41-ə yüksəlib. Milli Fəlakətlərin İdarə Olunması Agentliyinin sözçüsü Əbdül Muhari selin təxminən 200 evi su altında qoyduğunu və bəzi binalara ciddi ziyan vurduğunu bildirib.

İtkin düşdüyü bildirilən 17 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən səlahiyyətlilər, əlverişsiz hava şəraitinin işə mane olduğunu qeyd ediblər.

Vulkandan axan soyuq lava təbəqələri sürətlə iki bölgəyə yayılaraq bir çox evə təsir edib. Minlərlə insan ərazidən qaçarkən, hadisə şahidləri iri qayaların bəzi evləri uçurduğunu bildirib.

COP29