Qvatemalada Fueqo vulkanının püskürməsi nəticəsində ölənlərin sayı 82-yə çatıb.
Yenicag.az xəbər verir ki, daha öncə 75 nəfərin öldüyü bildirilirdi. Lakin son məlumatlara görə, San-Migel-Los-Lotes kəndində aparılan axtarış işləri zamanı daha 6 nəfərin cəsədi tapılıb. Daha bir nəfərin isə xəstəxanada dünyasını dəyişdiyi bildirilir.
Son məlumata əsasən, hadisə 1,7 milyon insana təsir göstərib. 200-ə yaxın insan itkin düşmüş hesab olunur.
Vulkan faciəsi ilə əlaqədar Qvatemalada üç günlük matəm elan olunub.