“Doğru sözü də elə formada demək lazımdır ki, sonradan sənin əleyhinə işləməsin”.
Yenicag.az xəbər verir ki, bu sözləri müğənni Vüqar Muradov “Özəl Tubi” verilişində deyib.
O, bəzi məqamlarda sözün düzünü emosional, aqressiv şəkildə söylədiyini və bunun sonradan öz əleyhinə işlədiyini bildirib:
“Düzü də gərək elə formada çatdırasan ki, sonradan sənə qarşı iştifadə olunmasın. Bəzən olub ki, efirdə düz sözü emosional şəkildə demişəm, o danışdığım sonra əleyhimə işlənib.
Nə düz, nə səhv, bəzən elə sükut yaxşıdır. Danışmaqdansa, susmaq lazımdır. Ataların da belə bir məsəli var, danışmaq gümüşdürsə, susmaq qızıldır. Nə yalan deyim, danışmağın çox əziyyətini görmüşəm. Başım bəlalar çəkib. Çox danışdıqca, daha da batırsan”.
Nehru