Vüqar Nadirov elə bir kluba keçdi ki…

Azərbaycan millisinin sabiq futbolçusu Vüqar Nadirovun yeni klubu bəlli olub.

Yenicag.az xəbər verir ki, təcrübəli hücumçu karyerasını Region Liqada davam etdirəcək.

O, həvəskar komandaların mübarizə apardığı liqada FC “Baku” ilə anlaşıb.

Qeyd edək ki, 31 yaşlı Vüqar Nadirov bunadək “Qarabağ”, “Karvan”, “Masallı”, “Xəzər Lənkəran”, “Qəbələ”, “İnter”, “Səbail” kimi klublarda çıxış edib.