!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Vüqar Qaradağlı və Turan İbrahimov cəzalandırılsın" — YAP-ın deputatından TƏLƏB

!Reklam – Yazi

“Turan İbrahimov efirdə etdiyi çıxışlarında hakimiyyətə dərs vermək istəyirdi. O, təkcə hakimiyyətə deyil, bütün sahələrdə insanlara dərs vermək istəyirdi, özünü hamıdan ağıllı göstərirdi. Bilirsiniz, kiməsə məsləhət vermək olar, istənilən sahədən danışmaq olar, ancaq “mən deyən doğrudur” demək olmaz”.

Yenicag.az xəbər verir ki, bu fikirləri “Ölkə.Az”-a açıqlamasında Milli Məclisin Yeni Azərbaycan Partiyasından (YAP) seçilmiş deputatı, Qarabağ müharibəsi veteranı Elman Məmmədov ATV rəhbəri Vüqar Qaradağlının tutduğu vəzifədən azad olunması məsələsinə münasibət bildirərkən deyib.

E.Məmmədov Turan İbrahimovun aparıcılıq etdiyi verilişləri izlədiyini bildirib:

“Həmin verilişlərə mən də baxmışam. O bir neçə vaxt idi ki, efirlərdə yox idi. Ancaq son bir həftə ərzində Turan İbrahimov yenə peyda olmuşdu. Mən onun verilişdə çıxışlarına baxırdım. Kimliyindən, sənətindən, peşəsindən asılı olmayaraq, kim Azərbaycan hakimiyyətinə qarşı çağırışlar edirsə, təbii ki, həmin adamlar cəzalandırılmalıdır. Bu qanunla da qadağandır. Bu adi məsələ deyil. Əgər Turan İbrahimov da hakimiyyətə qarşı çıxışlar və çağırışlar edibsə, təbii ki, onu teleməkandan kənarlaşdıracaqlar. Həm ATV rəhbərliyi, həm də Turan İbrahimov bu hərəkətinə görə cəza almalıdır. Çünki televiziyaya təkcə biz baxmırıq. Ona istəyən də, istəməyən də baxır. Əgər Turan İbrahimov hakimiyyət əleyhinə çağırışlar edibsə, o zaman bu cür hərəkətlər kütləvi itaətsizliyə və çağırışlara gətirib çıxara bilər”.

E.Məmmədov Turan İbrahimovu yenidən efirə qaytaranları da qınayıb:

“Neçə ay idi ki, bu adamı efirdən kənarlaşdırmışdılar. Belə olan halda axı nə üçün onu yenidən efirə qaytardılar? Demək ki, burada əsas günahkarlardan biri ATV rəhbəridir. Eyni zamanda Milli Televiziya və Radio Şurasının (MTRŞ) da günahı var. Çünki onlar görürdü ki, Turan İbrahimov öz teleaparıcılığı və yersiz çıxışları ilə problem yaradır. Bəs nə üçün onu yenidən efirə buraxırdınız? Ümumiyyətlə, bu cür problem yaradan, davranışını və çıxışını bilməyən teleaparıcı təkcə Turan İbrahimov deyil. Bu gün Azərbaycan teleməkanında Turan kimi xeyli sayda teleaparıcı var. Onlar özlərini istədikləri kimi aparırlar, insanları təhqir edirlər və sairə. Bu cür teleaparıcılara qarşı da addımlar atılmalıdır”.

Xatırladaq ki, ATV telekanalının ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Turan İbrahimovun verilişi yenidən dayandırılıb.

Qeyd edək ki, Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarı ilə ATV-nin rəhbəri Vüqar Qaradağlı vəzifəsindən azad olunub.

Onun yerinə Azər Xəlilov təyin olunub.

 

 

www.yenicag.az

2285
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv