Xəbər verdiyimiz kimi, Abşeron Rayon Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib. Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov əmr imzalayıb. Müvafiq əmrə əsasən, Səkinə Sadıxova Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunub.
Səkinə Sadıxova
Yenicag.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Abşeron Rayon Mərkəzi Xəstəxanasının bundan əvvəlki direktoru Azər İsmayılov bir neçə gün əvvəl Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılıb.
Onun işdən çıxarılmasının səbəbi dəqiq bilinməsə də, iddia edilir ki, Azər İsmayılovun fəaliyyətində ciddi problemlər mövcud olub. O bir qədər də irəli gedərək, TƏBİB sədri vəzifəsinə özünü iddialı görüb.
Azər İsmayılov 2018-ci ildə Yevlax Rayon Mərkəzi Xəstəxanasında rəhbərlik etdiyi zaman icbari tibbi sığortanın pilot layihə olaraq həyata keçirən ilk xəstəxana rəhbəri olub. O, icbari tibbi sığortanın Azərbaycanda tətbiqində özünü müstəsna əməyi olan şəxs kimi görüb. Nəticədə sonuncu vəzifəsindən də məmnun olmayan direktor özünü daha yüksək vəzifədə görüb.
Deputatın direktor oğlu ilə Xidmət arasında məhkəmə çəkişməsi – Nöqsanlara yol verib?
Məsələ ilə bağlı Azər İsmayılovun özü ilə əlaqə saxlamağa çalışsaq da, mobil nömrələrinə zəng çatmadı.
Qeyd edək ki, Azər İsmayılov Cəbi oğlu 2017-2021-ci illər ərzində Yevlax Rayon Mərkəzi Xəstəxanasında, 2021-2022-ci illər ərzində isə Respublika Klinik Xəstəxanasında direktor kimi fəaliyyət göstərib. 28 dekabr 2022-ci il tarixindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun müvafiq əmri ilə Abşeron Rayon Mərkəzi Xəstəxanasına direktor təyin edilib.
Cəbi İsmayılov
Azər İsmayılov Əməkdar həkim, 2000, 2005, 2010, 2015 və 2020-ci iliərdə Naxçıvan Muxtar Respublikasnın Ali məclisinin deputatı seçilmiş Cəbi İsmayılovun oğludur.