Vüqar Qurbanovdan yeni baş həkim TƏYİNATI

Binəqədi Tibb Mərkəzinə yeni baş həkim təyin edilib.

“Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, baş həkim vəzifəsinə Bella İbrahimova təyinat alıb.

Qeyd edək ki, B.İbrahimova bu təyinatadək Binəqədi Tibb Mərkəzində nevroloq vəzifəsində çalışıb.

COP29