Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Vüqar Səfərli Ramiz Mehdiyevi də “baqaja qoydu”: "Onun hər şeydən xəbəri vardı"

Hazırda həbsdə olan və 25 milyon manata yaxın pulun mənimsənilməsində ittiham edilən KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində icra etdiyi əməllərlə bağlı tapşırıqları Prezidentin sabiq köməkçisi Əli Həsənovdan aldığını deyib və əlavə edib ki, Ə.Həsənov da bunların Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin göstərişi olduğunu bildirib.

Yenicag.az “kriminalqafqaz”a istinadən zəbər verir ki, V.Səfərli ifadəsinə başlayarkən 2009-cu ildə onlara verilən ofisin əlverişsiz olduğunu deyib:

“2009-cu ildə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldıqdan sonra “İçərişəhər” metrostansiyasının yaxınlığında yerləşən sahəsi kifayət qədər kiçik mənzildə fəaliyyət göstərməyə başladıq. Ondan əvvəl bizə Fondun yerləşməsi üçün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən bizə şifahi olaraq 8-ci km qəsəbəsində zirzəmidə yerləşən məkan təklif edildi. Təklif olunan həmin yer Fondun fəaliyyəti üçün münasib olmadığına görə oraya yerləşməkdən imtina etdik. “İçərişəhər” metrostansiyasının yaxınlığındakı yer də bizə uyğun deyildi və əməkdaşlarımızın işləməsi üçün kifayət qədər yer yox idi.

Buna görə də, mən 2011-ci ildə Prezidentin köməkçisi və Fonda kuratorluq edən Əli Həsənovla məsləhətləşdikdən sonra Fondun fəaliyyət göstərməsi üçün münasib məkan axtarmağa başladım. Bu dəfə də Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə şifahi və yazılı müraciət etdim”.

Vüqar Səfərli ifadəsində qeyd edib ki, daha sonra Əli Həsənovla görüşərək bu barədə danışıb:

“Kuratorumuz Əli Həsənovun otağında onunla danışanda o, özünə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospketi 23L ünvanında yerləşən binada yer təklif etdi. Həmin bina əvvəllər “Azərmətbuatyayımı” ASC-nin balansında olub. “Azərmətbuatyayımı” ASC-ni təsis edən müəssisə isə “Kaspi Az” MMC-dir. Həmin MMC-nin təsisçisi, yəni sahibi kuratorumuz Əli Həsənovun arvadı Sona Vəliyevadır. Mən Əli Həsənovun təklif etdiyi bina ilə tanış olduqda Fondun fəaliyyəti üçün münasib yer olduğunu gördüm.

Həmin binanın Əli Həsənovun ailəsinə məxsus olduğuna görə yox, şəraiti və yerləşmə yeri münasib olduğuna görə üçüncü mərtəbədə yerləşən 371 kvadratmetr sahəni rəsmi müqavilə ilə icarəyə götürdüm”.

Həmin müqaviləni Əli Həsənovun oğlu Şamxal Həsənovla bağladım. Çünki həmin bina rəsmi qaydada Şamxal Həsənovun adına keçirilmişdi.

Əlavə 421 kvadratmetrlik sahənin icarəyə götürülməsini mənə Əli Həsənov tapşırdı. Hətta məsələdən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də məlumatlı olduğunu dedi və göstəriş verdi ki, Ramiz Mehdiyevin adına bu barədə məktub ünvanlayım”.

www.yenicag.az

263
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100