!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vüqar ZİFƏROĞLU: Fransanın “11 sentyabrı” və ya “dərviş Parisi partladır”

!Reklam – Yazi
1507015_955021404525922_9011691162143286592_nNoyabrın 13-ündən 14-nə keçən gecə əslində bütün Qərb üçün sözün həqiqi mənasında qorxulu “cümə günü ayın 13”-ü oldu. Məsuliyyəti İŞİD-in öz üzərinə götürdüyü və 200-ə yaxın can alan bu qanlı terror hadisəsi heç şübhəsiz ki, pislənməlidir. Amma üç məqam öz-özlüyündə ciddi olaraq düşünməyə vadar edən və cavab verməkdə bir qədər çətinlik yaradan suallar ortaya qoyur. 
Birinci məqam, “Charlie Hebdo” hadisəsindən sonra Parisin göbəyində bu miqyasda bir qanlı əməliyyatın necə keçirilməsi ilə bağlıdır. Maraqlıdır ki, hələ adını çəkdiyimiz dərgiyə hücümun gerçəkləşdiyi zaman bir çox mütəxəssislər Fransanı təhlükəsizlik tədbirləri görməməkdə günahlandrırdılar. Bu qanlı olayın üstündən bir o qədər böyük zaman keçməyib. Əcəba Fransa bundan bir nəticə çıxartmadımı? Hər halda böyük qaçqın axını ilə üz-üzə qalan Avropanın, əsasən də anti-terorro koalisiyasında əsas tərəf olaraq çıxış edən Fransanın terror əleyhinə tədbirlər alması, vacib şərt idi. Amma ötən gücə bunun əksini gördük…
İkinci məqam, G20 sammitinə saatlar qala belə bir böyük miqyasda terror hücumunun gerçəkləşməsidir. H eç şübhəsiz ki, zamanlamaya diqqət çəkməmək olmur. Sammitdə son dərəcə ciddi və prinsipial mövzu olaraq Suriya probleminin müzakirə masasına yatrılması planlaşdırılır. Əsədin və eləcə də Suriyanın gələcək taleyi ilə bağlı müzakirələrdə ABŞ öndərliyində Qərbin, Türkiyə və Səudiyyə Ərəbistanının Rusiya və İranla ortaq məxrəcə gəlinməsi üçün ciddi müzakirələrə gedəcəkləri bəlli idi. Bunu liderlerin açıqlamalarından da sezmək mümkün idi. Gündəlikdəki ikinci məsələ İŞİD, üçüncü isə Avropaya köç edən qaçqın axını idi. Amma gündəm dəyişdi. Artıq əminliklə demək olar ki, Əsəd üçüncü sıraya keçəcək. Maraqlıdır ki, İŞİD-ın birdən birə Avropanın göbəyinə belə bir ciddi terror hücumu gerçəkləşdirməsi, Əsədə nəinki əlavə zaman qazandıracaq, hətta Qərbin ona münasibətinin daha da loyallaşmasına səbəb olacaq ki, Rusiya və İran zatən əvvəldən “terror təhlükəsi və İŞİD” kartları ilə manevr edərək amerika və avropalıları buna vadar etmək istəyirdilər. Heç şübhəsiz ki, baş verən bu gəlişmə Suriyaya münasibətdə problemin balıca qaynağı olaraq rejimi və Əsədi işarə edən Türkiyə və ərəb birliyinin maraqlarına cavab vermir.
Üçüncü məqam, mültəce – Yaxın Şərqdən, əsasən da Suriyadan olan qaçqın axını ilə bağlıdır. Son günlər həm Almaniya, həm də Fransada islamafobik etirazlar və eləcə də PEGİDA kimi ultrasağçı hərəkatların çıxışları yenidən gündəmə gəlməkdə idi. Bu terror hadisəsi onsuz da Avropaya keçməsi demək olar ki, zor, müşkül bir işə çevrilən, keçə bilənlər üçün isə son dərəcə mənfi, aşağılyıcı münasibətlə müşayət olunan sıravi suriyalı qaçqınlar üçün isə vəziyyəti daha da dözülməz edəcək. Baş verən terror hadisəsi birmənalı olaraq onlara qarşı münasibətin istər rəsmi dairələrdə, istərsə də ictimaiyyət arasında daha da kəskinləşməsinə, radikal xarakter almasına səbəb olacaq. Məgər mühafizəkar və islamafobik qüvvələrin, eləcə də mültəce axınının qarşısını almağa cəhd göstərən Avropa rəsmilərinin də istədiyi, ictimaiyyət arasında da belə bir münasibtin formalaşması deyildimi?
Və ən əsası da, baş verən qanlı olay heç şübhəsiz ki, ciddi şəkildə Yaxın Şərqdə baş verənlərə öz təsirini göstərmiş olacaq. Bu təsir ilk növbədə qoca Qitənin regionda daha da aktivləşməsi üçün bir “dəvətnamə” olaraq qiymətəndirilə bilər. Bu ən azından Yaxın Şərqdəki aktivliyə bir o qədər müsbət yanaşmayan və hətta bir çox məqamlarda əleyhinə olan çoxsaylı orta statistik avropalıya “özünümüdafiə” instinkti kimi qəbul etdiriləcək.
Və indi gəlin hesablayaq: İŞİD-in bu terror hücumu hansı tərəfin maraqlarına daha çox cavab verməkdədir?
Əslində Qərb Yaxın Şərqdə soyuq savaş dönəmindən bu günədək qurduğu “gedişlər”in nəticələrini indi öz üzərində hiss etməkdədir. Nə zamanlarsa Yaxın Şərqdə “əkilən meyvələr”, öz bəhrəsini bu gün Avropanın göbəyində verməkdədir. Terrorun dini və milliyyəti olmur. Terrora, Yaxın Şərqdə on illərdir ki, bitib-tükənməyən savaş və müharibələrin baiskarları olanlara münasibətdə ikili standartlar və maraqlar çərçivəsindən yanaşmağın nəticələridir, bütün bu baş verənlər. Və bu gün Qərb bu məsuliyyəti bölüşməklə məşğuldur, təəssüf ki, ən acı və qanlı şəkildə…

www.yenicag.az

736
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv