Vüqar Zifəroğlu Jurnalistika fakültəsinin dekanı təyin olundu

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə yeni təyinat olub.

Bu barədə BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova məlumat verib.

O bildirib ki, Beynəlxalq Jurnalistika kafedrasının müəllimi Vüqar Zifəroğlu Jurnalistika fakültəsinə dekan seçilib.

Qeyd edək ki, BDU-nun Jurnalistika fakültəsinin dekanı vəzifəsini müvəqqəti olaraq Cahangir Məmmədli icra edirdi.

Yeniçağ.az