Futbol üzrə ABŞ çempionatı çərçivəsində keçirilən “Vankuver” – “Real Solt-Leyk” matçında maraqlı anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, qarşılaşmanın 75-ci dəqiqəsində penaltidən fərqlənən birincilərin hücumçusu Kristiana Teçer ikinci sarı vərəqədən sonra meydandan qovulub.
Buna səbəb isə uruqvaylı futbolçunun vurduğu qoldan sonra formasını çıxartması olub.
Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.