“Vurduğum qolu Zəhraya həsr edirəm” – Nizami Hacıyev

Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab matçında “Mladost”u 2:0 hesabı ilə məğlub edən Bakının “İnter” klubu rəqibini mübarizədən kənarlaşdırıb.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan sonra açıqlama verən bakılıların ikinci qolunun müəllifi Nizami Hacıyev vurduğu qolu Füzuli rayonunda ermənilərin hücumu nəticəsində öldürülən 18 aylıq Zəhraya həsr etdiyini bildirib: “Vurduğum qolu Füzuli rayonunda ermənilərin hücumu nəticəsində öldürülən Zəhra balamıza həsr edirəm. Oyundan öncə dəfələrlə o uşağın şəkilinə baxıb, pis olmuşam. Allah Zəhra balamızın ruhunu şad etsin. Ümid edirəm ki, tökülən qanlar yerdə qalmayacaq”.

Yenicag.az