!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vurğun Əyyub dəfn edildi - FOTO

!Reklam – Yazi

Ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyub dəfn edilib.

V.Əyyub Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində “Dədə Qorqud” qəbiristanlığında torpağa tapşırılıb.

***

Ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyubla mərhumun yaşadığı binanın həyətində keçirilən vida mərasimində saz çalınıb.

“Report”un xəbərinə görə, V.Əyyubun cənazəsi alqışlarla son mənzilə yola salınıb.

Mərhum dəfn edilmək üçün Bakının Suraxanı rayonunda yerləşən “Dədə Qorqud” qəbiristanlığına aparılıb.

***

Ləğv edilən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyubla vida mərasimi yaşadığı mənzildə keçirilir.

Mərasimdə V.Əyyubun ailə üzvləri, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, sabiq təhsil naziri Firudin Cəlilov, sabiq deputat, Ədalət Partiyasının sədri İlyas İsmayılov, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, partiyanın hazırkı başqanı Arif Hacılı, sabiq deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, onun müavini Seymur Həzi, V.Əyyubun rəhbərliyində təmsil olunduğu Azərbaycan Demokratiya və Rifah Hərakatının üzvləri, siyasətçilər, ictimaiyyət nümayəndələri iştirak edir.

Vida mərasimindən sonra mərhum dəfn olunması üçün Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığına aparılacaq./Report/

***

13:01

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ilk sədri, üzun illər Müsavat Partiyasının aparıcı şəxslərindən biri olan Vurğun Əyyub vəfat edib.

Yenicag.az  xəbər verir ki, Vurğun Əyyubla vida mərasimi bu gün saat 4-də Xətai rayonu İlqar Zülfüqarov 29/42 a (Məhəmmədi Hadi), yaşadığı mənzildə olacaq.

Mərhum bu gün Hövsan qəsəbəsindəki “Dədə Qorqud” qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət eləsin!

Qeyd edək ki, Vurğun Əyyub uzun müddətdir ki, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun sentyabrın 22-də vəziyyəti ağırlaşmışdı.

www.yenicag.az

4812
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv