!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vurulan vertolyotda üç pilot ölüb

!Reklam – Yazi

76503efRəsmi İrəvan cəbhənin Ağdam istiqamətində, Çəmənli kəndinin ərazisində hava sərhədini pozan vertolyotun vurulması xəbərini təsdiq edib.

Bu haqda məlumatı Ermənistanın news.am saytı yayıb.
Məlumatda deyilir ki, “Mi-24” helikopterinin vurulması nəticəsində 3 pilot ölüb.

Vurulan helikopterin tamamilə yandığı deyilir.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

www.yenicag.az

482
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv