!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vüsalə Əlizadə: “Allahım mənə elə bir acı yaşatdı ki…”

!Reklam – Yazi

“Bu il Allahım belə məsləhət bilib, elə bir acı yaşatdı ki, mənim də canını, həyatını Vətənə qurban verən igidim həyatımın rəngini soldurdu, bayramlarım sıradan gün oldu, həyatım adi nəfəs döyüntüsünə döndü…”

Yenicag.az xəbər verir ki, bunu tannımış aparıcı Vüsalə Əlizadə ötən il avtomobil qəzasında dünyasını dəyişən qardaşı ilə bağlı acısını bölüşərkən bildirib.

O, doğmalarının hesabına dik durmağa məcbur olduğunu etiraf edib:

“Keçən il bayram etmədim, qızıma da başa saldım ki, bizə görə canından keçən igidlərimizin ailəsi, balası gözüyaşlıdır, onlara görə edə bilmərik, onların xatirəsinə hörmət etmək borcumuzdur, acıları acımızdır! O ailələrə pay hazırladıq, o körpələri sevindirdik, ağıllı balam o qədər xoşbəxt oldu ki… Kimsə yaşamayacaq bu acını? Təbii ki yaşayacaq. Kimsə ölümsüz əbədidir? Əsla! Heç bir bəni-adəmin dəyişə bilməyəcəyi həyat oyunu. Məcburuq dik durmağa, gülümsəməyə, nə baş verdiyini hələ də bilməyən balalarımıza görə.”

Nehru

 

www.yenicag.az

796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv