Tanınmış teleaparıcı Vüsalə Əlizadənin qardaşının həlak olduğu yol qəzası ilə bağlı cinayət işi açılıb.
Yenicag.az xəbər verir ki, 1989-cu il təvəllüdlü Əlihüseyn Əlizadənin ölümü ilə nəticələnən hadisə ilə bağlı Astara rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə iş açılıb. Zəruri ekspertizalar təyin edilib.
Publika.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən gün axşam saat 18 radələrində baş verib. Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Cənub regional şöbəsinin əməkdaşı, baş leytenant Əlihüseyn Əlizadənin sürdüyü “Mercedes” markalı, 90 MZ 032 dövlət qeydiyyat nişanlı avtomobil sürücünün idarəetməsindən çıxaraq yolun kənarına aşıb. İlkin ehtimala görə, qəzaya avtomobil Şahağacı kəndi ərazisində hərəkətdə olarkən qarşısına qəfil maneənin çıxması və sürücünün manevr qaydalarına düzgün əməl etməməsi səbəb olub.
Araşdırmalar davam etdirilir.