Vüsalə Muradovadan seçicilərə vacib tövsiyə: “Qara qüvvələrə inanmayın” – VİDEO

37 saylı birinci Nizami (Gəncə) seçki dairəsinin namizədi Vüsalə Muradovanın gəncəli seçiciləri ilə küçələrdəki görüşləri davam edir.

Görüşlərdə seçicilərin ən böyük narazılıqları indiyə qədər seçilmiş deputatlarını tanımamalarıdır. Bununla yanaşı onlarla olan soyuq münasibətdən, onlarla heç kimin maraqlanmadıqlarından, dövlətin köməyini, dəstəyini hiss etməmələrindən narazı olduqlarını bildiriblər.

Vüsalə Muradova hər deyilən fikri, narazılığı təfərrüatı ilə dinləmiş, qeydlərini aparıb və bildirib ki, qeyd edilən hallardan istifadə etmək istəyən qara qüvvələrə inanmayın.

“Deputatınızdan xidmət mexanizminin daha sürətli işləməsini tələb edin. Niyyəti naməlum olan və vəzifəsini ləyaqətlə icra etməyən 3-5 məmur üçün hakimiyyəti günahlandırmaq və qara qüvvələrə fürsət vermək olmaz.” deyə qeyd edib.