Vüsalə Muradovanın gəncəlilərə videomüraciəti çox bəyənildi

37 saylı birinci Nizami (Gəncə) seçki dairəsinin seçicilərinin Vüsalə Muradovaya qarşı böyük marağı var.

Yenicag.az xəbər verir ki, seçicilər fürsət düşdükcə onu yaşadıqları küçəyə dəvət edir, birlikdə şəkil çəkdirir, hüquq sahəsində onları maraqlandıran suallar verirlər.

Vüsalə Muradova böyük həvəs və sevgiylə seçicilərlə görüşür, onları dinləyir, problemlərinin həlli üçün çalışacağını bildirir.

Getdiyi hər ünvanda böyük istiliklə qarşılanan Vüsalə Muradovanı seçicilər 9 fevraldan sonra öz deputatları kimi görmək istəyirlər./Qafqazinfo/